Strateji valyuta ehtiyatlarının artması davam edir - Mərkəzi Bankın sədri

Strateji valyuta ehtiyatlarının artması davam edir - Mərkəzi Bankın sədri

Profisitli tədiyyə balansı şəraitində strateji valyuta ehtiyatlarının artması davam edir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Taleh Kazimov mətbuat konfransında deyib.

Sədr bildirib ki, Brent markalı neftin orta qiyməti 2022-ci ilin 1-ci yarımilliyində 105.4 dollar səviyyəsində olub:

"Xarici ticarət göstəricilərinin yaxşılaşması ilə yanaşı ölkəyə daxil olan pul baratlarının da artırılmasını biz müşahidə edirik. Bu da sözsüz ki tədiyyə balansının profisitinin artırılmasına səbəb olur. Əsas ticarət tərəfdaşlarının da pul siyasətlərinin sərtləşdirilməsinin idxal inflyasiyasına azaldıcı təsir göstərə biləcəyini müşahidə edirik.

Profisitli tədiyyə balansı şəraitində strateji valyuta ehtiyatlarının artması davam edir. Bu da orta və uzunmüddətli perspektivdə valyuta bazarının tarazlığı üçün zəmin yaradır.
2022-ci ilin 6 ayında strateji valyuta ehtiyatları 1.8 faiz artaraq 54.2 milyard dollara yükdəlmişdir. Xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarında təklif kanallarını genişləndirir ki, bu da Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin azalmasına səbə olur. Belə ki, iyunda hərraclara çıxarılan ümumi valyuta təklifi tələbi 2 dəfə üstələyib. İyunda nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələyib. İyunda banklar tərəfinfən xarici valyuta alışının məbləği son 7 ilin maksimumu olmaqla 109 milyon ABŞ dolları təşkil edib", - T.Kazımov deyib.