Türkiyənin Bandırma limanı tərəfindən qəbul edilən yüklərin həcmi 2 milyonu ötüb (ÖZƏL)

Türkiyənin Bandırma limanı tərəfindən qəbul edilən yüklərin həcmi 2 milyonu ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin Balıkesir şəhərində yerləşən Bandırma limanı 2 milyon 633 min 353 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Bandırma limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 176 min 977 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 2 milyon 456 min 376 ton yük daşınıb.

“2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin Bandırma limanından 1 min 997 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyə limanları 197 milyon 219 min 172 ton yük qəbul edib.

2022-ci ilin yanvar-iyun aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 13 milyon 766 min 377 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 183 milyon 452 min 795 ton təşkil edib.

Yanvar-iyun aylarında Türkiyə limanlarından 41 milyon 599 min 585 ton transit yük daşınıb.