Ukrayna vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı 1000-ni ötüb

Ukrayna vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı 1000-ni ötüb

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-iyun aylarında Ukrayna vətəndaşları Türkiyədə 1 min 186 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 706 obyekt çoxdur.

TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2022-ci ilin iyun ayında Ukrayna vətəndaşları Türkiyədə 301 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2021-ci ilin iyun ayı ilə müqayisədə 174 obyekt çoxdur.

2022-ci ilin iyun ayında Türkiyədə 150 min 509 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz çoxdur. İyun ayında Türkiyədə əcnəbilərə 8 min 630 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 81,9 faiz çoxdur.