Son dəqiqə

Türkmənistan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı tekstil və tekstil üçün xammadə 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Türkmənistana tekstil ixracı 11 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə 2025-cü ilin sentyabr ayında Türkmənistana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,7 faiz azalaraq, 1 milyon 872 min 48 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Türkmənistana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36,2 faiz artaraq, 13 milyon 16 min 62 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq dəyişərək, 7 milyard 48 milyon 421 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 787 milyon 276 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 9 milyard 522 milyon 271 min dollar məbləğində tekstil ixrac edib.

Mövzuya görə xəbərlər