...

Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalaya bilər

İqtisadiyyat Digər xəbərlər 30 İyun 2022 09:23
TurkicWorld Daspina Hasanova
Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalaya bilər

Türkiyə və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı saziş imzalana bilər.

TurkicWorld xəbər verir ki, bunu "Ulusal Kanal"a açıqlamasında Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.

Onun sözlərinə görə, mümkün ərzaq böhranına qarşı tədbirlər görülür, 10 ölkə ilə kənd təsərrüfatı üzrə müqavilələrin imzalanması üçün hazırlıq gedir.

V.Kirişçi qeyd edib ki, sözügedən 10 ölkə arasında Azərbaycan, Venesuela, Qazaxıstan, Sudan və Əlcəzair də var.

Nazir bildirib ki, iqlim baxımından Türkiyədə istehsal edilməsi çətin olan məhsullar xaricdə icarəyə götürüləcək torpaqlara əkiləcək. Kənd Təsərrüfatı Nazirliyi Latın Amerikası və Afrikanın bir neçə ölkəsində torpaqların icarəyə götürülməsi ilə bağlı danışıqlara başlayıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti