61 il sonra Almaniya Türkiyədən işçi tələb edir

61 il sonra Almaniya Türkiyədən işçi tələb edir

Bakı. TurkicWorld:

Almaniyanın hava limanlarındakı şirkətlərə xarici ölkələrdən işçi gətirmək mümkün ola bilər. TurkicWorld-un məlumantına görə, bu barədə Almaniyanın Rəqəmsallaşma və Nəqliyyat naziri Volker Vissink, Daxili İşlər Naziri Nensi Fezer və Əmək Naziri Hubertus Hayl birgə mətbuat konfransı zamanı bildiriblər.

Wissing hava limanlarında personal çatışmazlığı səbəbindən uçuşların ləğv edildiyini və ya sərnişinlərin uzun müddət hava limanlarında gözləməli olduqlarını bildirib.

“Covid-19 epidemiyası zamanı hava limanlarında çalışan personalların işlərini tərk etməsi səbəbi ilə bu cür problemlər Avropanın bir çox ölkələrində də yaşanır.” – deyə Vayzing əlavə edib.

Nazir, işçi probleminin həlli üçün xaricdən kadr gətirən şirkətlərə kömək etmək istədiklərini qeyd edib.

"Hava limanlarında bütün sahələrdə kadr çatışmazlığı var. Bu səbəblə qısamüddətli tədbirlərlə biz xaricdən işçi gətirmək istəyən şirkətlətrə kömək etmək istəyirik. Şirkətlərə xaricdən, xüsusilə Türkiyədən köməkçi işçilər cəlb etmələrinə icazə veririk" – deyə Fayser deyib.

O vurğulayıb ki, şirkətlərin xaricdən gətirəcəkləri işçilərə tez bir zamanda yaşayış və iş icazəsi veriləcək.

Şirkətlərin artıq bir neçə min kadr gətirmək müraciət etdiklərini bildirən Heil gətiriləcək işçilərə az maaş verilməməsi, əmək haqqlarının kollektiv müqavilə əsasında ödənilməsi və uyğun mənzillə təmin olunması kimi şərtlər təmin olunacaq deyə o qeyd edib.