Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi sement Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Azərbaycana sement ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Azərbaycana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz azalaraq, 32 milyon 188 min 94 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin sentyabr ayında Azərbaycana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz azalaraq, 3 milyon 84 min 57 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq, 3 milyard 353 milyon 191 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 383 milyon 280 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 4 milyard 402 milyon 383 min dollar məbləğində sement ixrac edib.

Mövzuya görə xəbərlər