Türkiyə Macarıstana elektrik avadanlıqları ixracının həcmini artırıb

Türkiyə Macarıstana elektrik avadanlıqları ixracının həcmini artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Macarıstana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artıraraq 37,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Macarıstana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 15,7 faiz artıraraq 7,3 milyon dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 6 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə1 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 2,8 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 14,6 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.