Türkiyədən İrana dəri məhsul ixracını 42 faizdən çox artırıb

Türkiyədən İrana dəri məhsul ixracını 42 faizdən çox artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında İrana dəri məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 42,8 faiz artıraraq 917 min dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə İrana dəri məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 1 dəfə artıraraq 170,7 min dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz artaraq 807 milyon dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 117 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 16,1 faiz çoxdur”.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 1,9 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.