Türkiyənin Bandırma limanı tərəfindən daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Türkiyənin Bandırma limanı tərəfindən daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-may aylarında Türkiyənin Balıkesir şəhərində yerləşən Bandırma limanı 2 milyon 134 min 589 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Bandırma limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 146 min 561 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 988 min 28 min ton yük daşınıb.

“2022-ci ilin yanvar-may aylarında Türkiyənin Bandırma limanı 1 997 ton tranzit yük aşırılıb”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 33 milyon 431 min 149 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 355 min 407 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 31 milyon 75 min 741 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

May ayında Türkiyə limanlarından 7 milyon 509 min 987 ton tranzit yük aşırılıb.

Bu ilin yanvar-may aylarında Türkiyə limanları 164 milyon 292 min 61 ton yük qəbul edib. Bu yüklərin 11 milyon 414 min 29 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 152 milyon 878 min 32 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

Yanvar-may ayında Türkiyə limanlarından 35 milyon 282 min 27 ton tranzit yük aşırılıb.