...

Laçın və Kəlbəcərdə külək elektrik stansiyası tikiləcək

İqtisadiyyat Digər xəbərlər 22 İyun 2022 16:52
TurkicWorld Daspina Hasanova
Laçın və Kəlbəcərdə külək elektrik stansiyası tikiləcək

Bakı. TurkicWorld:

Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyası tikiləcək.

TurkicWorld xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyasının tikintisini təmin etməlidir.

Nazirlik 2022- 2026-cı illər ərzində layihəyə hazırlıq işlərinin görülməsi, müqavilələrin imzalanması, stansiyanın tikintisini (400 MVt gücündə) təmin etməlidir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti