Türkiyədə İran kapitallı şirkətlərin sayı 400-ü keçib

Türkiyədə İran kapitallı şirkətlərin sayı 400-ü keçib

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-may aylarında Türkiyədə İran kapitalı ilə 426 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 121 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki , hesabat dövründə, qeydiyyata alınan İran şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 226,8 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 59,6 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında İran şirkətlərinin əksəriyyəti İstanbulda (426) qeydiyyata alınıb.

“İstanbulnda qeydiyatdan keçən İran şirkətlərinin ümumu kapitalı 147,4 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyədə İran kapitalı ilə 157 topdan və pərakəndə, 20 inşaat, 47 emalat şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.