Türkiyədə İsrail kapitallı şirkətlərin sayı artıb (ÖZƏL)

Türkiyədə İsrail kapitallı şirkətlərin sayı artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-may aylarında Türkiyədə İsrail kapitalı ilə 45 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki , hesabat dövründə, qeydiyyata alınan İsrail şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İsrail şirkətlərinin məcmu kapitalı 18,8 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 7,2 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında İsrail şirkətlərinin əksəriyyəti İstanbulda (42) qeydiyyata alınıb.

“İstanbulnda qeydiyatdan keçən İsrail şirkətlərinin ümumu kapitalı 16,2 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyədə İsrail kapitalı ilə 22 topdan və pərakəndə, beş təhsil şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.