Türkiyə yanvar-may aylarında İrana avtomobil ixracını 70 faizdən çox artırıb

Türkiyə yanvar-may aylarında İrana avtomobil ixracını 70 faizdən çox artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında İrana avtomobil ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 74 faiz artaraq 65,2 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə İrana avtomobil ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 87,6 faiz artıraraq 11,6 milyon dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 12,5 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 2,3 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 22,4 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 29,8 milyard dollar məbləğində avtomobil ixrac edib.