...

Türkiyə İrana polad ixracını 20 faizdən çox artırıb

İqtisadiyyat Digər xəbərlər 20 İyun 2022 17:03
TurkicWorld Daspina Hasanova
Türkiyə İrana polad ixracını 20 faizdən çox artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında İrana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq 23,9 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə İrana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 4,4 faiz azalaraq 3,4 milyon dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 faiz artaraq 9,6 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,9 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 11 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 24,8 milyard dollar məbləğində polad ixrac edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti