...

Yanvar-may aylarında Türkiyə Qazaxıstana elekrik avadanlıqları ixracatını 30 milyon dollardan çox artırıb

İqtisadiyyat Digər xəbərlər 20 İyun 2022 14:31
TurkicWorld Daspina Hasanova
Yanvar-may aylarında Türkiyə Qazaxıstana elekrik avadanlıqları ixracatını 30 milyon dollardan çox artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Qazaxıstana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 32 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Qazaxıstana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 96 faiz artıraraq 7 milyon dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 6 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə1 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 2,8 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 14,6 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti