...

Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

İqtisadiyyat Digər xəbərlər 17 İyun 2022 12:23
TurkicWorld Daspina Hasanova
Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-may aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 118 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 15 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki , hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 42,4 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 23,4milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (97) qeydiyyata alınıb.

“İstanbulnda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumu kapitalı 31,3 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyədə Azərbaycan kapitalı ilə səkkiz sənaye, altı tikinti, 58 topdan və pərakəndə ticarət, 12 nəqliyyat-logistika, beş turizm, üç daşınmaz əmlak satışışirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Azərbaycan kapitallı 237 şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 63,2 milyon türk lirəsi olub.

2021-ci ildə ən çox Azərbaycan kapitallı şirkət İstanbulda qeydə alınıb.

Məlumat üçün bildirək ki , 2020-ci ildə Türkiyədə Azərbaycan kapitallı 148 şirkət qeydiyyatdan keçib və onların ümumi kapitalı 21,2 milyon türk lirəsi təşkil edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti