MÜSİAD-ın təşkilatçılığı ilə Qaziantepdə Beynəlxalq Biznes Forumu ikinci Türk-Ərəb Biznes Toplantısı keçirilib

MÜSİAD-ın təşkilatçılığı ilə Qaziantepdə Beynəlxalq Biznes Forumu ikinci Türk-Ərəb Biznes Toplantısı keçirilib

Bakı. TurkicWorld:

Qaziantepdə Beynəlxalq Biznes Forumu (IBF) ikinci Türk-Ərəb Biznes Toplantısı keçirilib. TurkicWorld-un məlumatına görə, Türkiyə Ticarət Nazirliyi və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə keçirilən sammitdə regional investisiya imkanları hərtərəfli müzakirə edilib. Sammitdə 30-dan çox ölkədən 1600-ə yaxın iş adamı iştirak edib.

Sammitə çıxış edən IBF prezidenti Erol Yarar hazırda Türkiyənin dünyada heç bir ölkənin əldə edə bilmədiyi ixracat səviyyəsinə nail olduğunu bildirib.

“Türkiyə həm ixracat həm də istehsalda inkişaf edir. Son dövrlərdə Türkiyənin Ərəb ölkələrinə olan ixracatı 25 milyar dollara çatıb. MÜSİAD olaraq 32 ildir ki ölkəmizdə bu sahədə olan inkişafları çox yaxından izləyirik və bu cür iclaslarla biz bu rəqəmləri daha da inkişaf etdirməyi hədəfləyirik.” - deyə o qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin nə neftə, nədə təbii qaza ehtiyacı var.

“Dünyanın ən böyük torium ehtiyatları Türkiyədədir. Bizim 350 min ton yekunlaşdırılmış torium ehtiyatımız var ki, bununda maddi dəyəri təxminən 80 trilyon dollara bərabərdir. Bu cür ehtiyatlar Türkiyənin gücünü daha da artıracaq.”- deyə Yarar bildirib.

MÜSİAD prezidenti Mahmud Asmalı Türkiyənin dünyada strateji yeri və investor təhlükəsizliyi baxımından əhəmiyyətli bir cazibə mərkəzi kimi mövqe tutur.

“İnvestisiya təşviqləri və innovativ biznes imkanları xarici investorların Türkiyəyə marağını daim gündəmdə saxlayır. Ölkədə xarici investisiyaların sürətlə artması açıq şəkildə görünür. Türkiyə epidemiya prosesində tədarük zəncirlərini pozmadan irəliləyərək etibarlı logistika qovşağı olduğunu bütün dünyaya göstərdi.” - deyə Asmalı bildirib.

O bildirib ki, Türk-Ərəb İş Formu İstanbuldan Qaziantepə keçirilib.

“Qaziantep Tarixi İpək Yolu üzərində strateji bir mövqeyə malikdir. Qaziantep qabaqcıl sənayesi və logistika infrastrukturu ilə ölkənin ən rəqabətli 7 şəhəri arasında göstərilir.” - deyə MÜSİAD prezidenti vurğulayıb.

Asmalı əlavə edib ki, nəqliyyat imkanları və liman şəhərlərinə yaxınlığı Qaziantepin ixrac gücünü sürətlə artırır.

“Qaziantepin istehsalçıları, sənayeçiləri və investorları 2021-ci ildə 10 milyard dollardan çox ixracat ediblər. İstehsal və ixrac potensialı ilə sərhədlərini günü-gündən genişləndirən Qaziantep beynəlxalq ticarət həcmi ilə yeni uğurlara doğru irəliləyir. Bu Form ilə biz bu addımları dəstəkləmək üçün yeni imkanlardan istifadə etməyi hədəfləyirik. Türkiyə böyüyür və inkişaf edir, ona görə də Anadolunun brend şəhərləri böyük Türkiyənin qurulmasında mühüm rol oynayacaq” - deyə prezident qeyd edib.