...

Türkiyə Azərbaycana müdafiə sənayesi məhsulları ixracını artırıb

İqtisadiyyat Digər xəbərlər 15 İyun 2022 10:30
TurkicWorld Daspina Hasanova
Türkiyə Azərbaycana müdafiə sənayesi məhsulları ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Azərbaycana müdafiə sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 67,2 faiz artıraraq 67 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Azərbaycana müdafiə sənayesi məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 195,5 faiz artıraraq 33,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 50,1 faiz artaraq 1,7 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 330 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 94 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 3,8 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti