May ayında Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib

May ayında Türkiyə limanları  5 mindən çox gəmi qəbul edib

Ankara. TurkicWorld:

Bu ilin may ayında Türkiyə limanları 5 093 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 343, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 750 olub.

2022-ci ilin yanvar-may aylarında Türkiyə limanları 21 515 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 14 873, Türkiyə bayrağı altında olan gəmilər isə 6 642 olub.”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyə limanları 2021-ci ildə ümumilikdə 51 199 gəmi qəbul edib.

Bunlardan 36 079-u digər ölkə bayrağı altında, 15 120-si isə Türkiyə bayrağı altında olan gəmilərdir.