Qazaxıstan səfiri Azərbaycanla birgə komissiyanın iclasının vaxtını açıqlayıb

Qazaxıstan səfiri Azərbaycanla birgə komissiyanın iclasının vaxtını açıqlayıb

Bakı. TurkicWorld:

İyulun 4-5-də Nur-Sultanda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın iclası keçiriləcək.

TurkicWorld-un məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Bakıda Qazaxıstanın ticari-iqtisadi missiyası çərçivəsində biznes forum zamanı deyib.

Onun sözlərinə görə, hazırda 2026-cı ilədək əməkdaşlığın inkişafı üzrə kompleks proqram hazırlanır.

"İclasda ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinin nəzərdən keçirilməsi planlaşdırılır", - səfir deyib.

O vurğulayıb ki, Qazaxıstan tərəfi birgə işgüzar şuranın öz hissəsini artıq formalaşdırıb.

"Bu platforma ölkələrimizin biznes dairələrinin dialoquna, ticari-iqtisadi və investisiya əməkdaşlığının möhkəmlənməsinə xidmət edəcək", - deyə o bildirib.