Yanvar-may aylarında Türkiyənin dəri məhsulları ixracı artıb (ÖZƏL)

Yanvar-may aylarında Türkiyənin dəri məhsulları ixracı artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-may aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz artaraq 807 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 117 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 16,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 1,9 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.