...

Azərbaycanın Qazaxıstanın qeyri-neft sektoruna investisiyaları 200 milyon dolları ötüb - Orxan Məmmədov

İqtisadiyyat Digər xəbərlər 7 İyun 2022 11:50
TurkicWorld Daspina Hasanova
Azərbaycanın Qazaxıstanın qeyri-neft sektoruna investisiyaları 200 milyon dolları ötüb - Orxan Məmmədov

Bakı. TurkicWorld:

1995-ci ildən 2021-ci ilədək Azərbaycanın Qazaxıstanın qeyri-neft sektoruna investisiyaları 200 milyon dollardan çox, Qazaxıstanın Azərbaycanın qeyri-neft sektoruna investisiyaları isə 100 milyon dollara yaxın olub.

TurkicWorld-un məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov Bakıda Qazaxıstan istehsalçılarının ticari-iqtisadi missiyası çərçivəsində biznes forum zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda 15 mindən çox xarici kapitallı şirkət var ki, onların 159-u Qazaxıstan kapitallıdır.

"Bu şirkətlər sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Qazaxıstan bazarında təmsil olunub", - deyə o bildirib.

O.Məmmədov Qazaxıstan biznesinin Azərbaycana cəlb olunmasında marağın olduğunu bildirib və bunun üçün zəruri kömək göstərməyə hazır olduqlarını qeyd edib.

"Bizim 20-dən çox kiçik və orta biznesin inkişafı mərkəzləri iş adamlarının xidmətindədir. 2021-ci ildə 23 mindən çox iştirakçı üçün 1,6 mindən çox məşğələ keçirilib, 76 yeni KOB subyektinin yaradılmasına dəstək göstərilib", - O.Məmmədov deyib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti