Yanvar-aprel aylarında Türkiyədən Albaniyaya 400 min tondan çox yük daşınıb- Nazirlik (ÖZƏL)

Yanvar-aprel aylarında Türkiyədən Albaniyaya 400 min tondan çox yük daşınıb- Nazirlik (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin limanlarına 2022-ci ilin yanvar-aprel aylarında Albaniyadan 409 min 408 ton yük daşınıb.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Albaniyadan limanlara 6 min 276 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 349 min 180 ton yük çatdırıb.

Bu müddət ərzində Albaniya bayraqlı gəmilər Türkiyə limanlarına 53 min 952 ton yük çatdırıb. 2022-ci ilin yanvar-aprel aylarında Türkiyə limanlarına Albaniyadan 50 min 553 ton tranzit yük daşınıb.

Qeyd edək ki, bu ilin aprel ayında Türkiyə limanları 32 milyon 60 min 961 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 91 min 276 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 29 milyon 969 min 685 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

Aprel ayında Türkiyə limanlarından 7 milyon 197 min 777 ton tranzit yük aşırılıb.

Bu ilin yanvar-aprel aylarında Türkiyə limanları 130 milyon 875 min 205 ton yük qəbul edib. Bu yüklərin 6 milyon 59 min 121 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 121 milyon 816 min 84 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

Yanvar-aprel ayında Türkiyə limanlarından 28 milyon ton tranzit yük aşırılıb. Məlumat üçün bildirək ki, keçən il Türkiyə limanları 386 milyon 396 min 718 ton yük qəbul edib.