Türkiyədə Qırğızıstan kapitallı şirkətlətin sayı azalıb

Türkiyədə Qırğızıstan kapitallı şirkətlətin sayı azalıb

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-aprel aylarında Türkiyədə Qırğızıstan kapitalı ilə 3 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qırğızıstan şirkətlərinin sayı qismən azalıb və onların ümumi kapıtalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 400 min türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 3,1 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-aprel aylarında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (3) qeydiyyata alınıb.
“İstanbulnda qeydiyatdan keçən Qırğızıstan şirkətlərinin ümumu kapitalı 400 min türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyədə Qırğızıstan kapitalı iki istehsal şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.