Polşa şəhərlərindən Azərbaycana yeni aviareyslər açıla bilər (Özəl)

Polşa şəhərlərindən Azərbaycana yeni aviareyslər açıla bilər (Özəl)

Bakı. Trend:

Polşanın digər şəhərlərindən Azərbaycana aviareyslərin işə salınması istisna olunmur.

Bunu Trend-ə Polşanın "LOT Polish Airlines” aviaşirkətinin baş icraçı direktoru Rafal Milçarski deyib.

"Biz əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı AZAL ilə müzakirələrə açığıq. Qeyd etmək istərdim ki, AZAL sayəsində polşalı turistlər Bakıya gələ və buradan Azərbaycanın digər şəhərlərinə gedə bilir. Varşavadan başqa Polşanın digər şəhərlərindən Azərbaycana reyslərin işə salınmasına gəldikdə, biz bunu istisna etmirik", - deyə o bildirib.

Onun sözlərinə görə, Varşava-Bakı-Varşava reysinin işə düşməsi Azərbaycanla Polşa arasında iqtisadi, mədəni və sosial əlaqələrə böyük töhfə verəcək.

"Bu marşrutun reallaşdırılması gözlənildiyindən daha çox vaxt apardı ki, bu da əsasən COVID-19 pandemiyası ilə əlaqədar idi. Bizim Azərbaycan hökumətindən, AZAL-dan aldığımız kömək də əhəmiyyətli olub", - R.Milçarski deyib.