Türkiyə Özbəkistana yanvar- aprel aylarında kimyəvi maddə ixracını artırıb (ÖZƏL)

Türkiyə Özbəkistana yanvar- aprel aylarında kimyəvi maddə ixracını artırıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-aprel aylarında Özbəkistana kimyəvi maddə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artıraraq 102,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyədən Özbəkistana kimyəvi maddə ixracatı 2021-ci ilin eyni ayı ilə müqayisədə 17,3 faiz artıraraq 32,8 milyon dollar olub.

Qeyd edək ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 faiz artaraq 10,8 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 3,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 53 faiz çoxdur.

Son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 28,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.