Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana kimyəvi maddə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azalaraq 151 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyədən Azərbaycana kimyəvi maddə ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 1,7 faiz artaraq 46 milyon dollar olub.

Qeyd edək ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 faiz artaraq 10,8 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 3,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 53 faiz çoxdur.

Son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 28,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.