Türkiyə Rusiyaya yanvar- aprel aylarında avtomobil ixracını azaldıb (ÖZƏL)

Türkiyə Rusiyaya yanvar- aprel aylarında avtomobil ixracını azaldıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-aprel aylarında Rusiyaya avtomobil ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz azaldaraq 174,2 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyədən Rusiyaya avtomobil ixracatı 2021-ci ilin eyni ayı ilə müqayisədə 49,1 faiz azalaraq 27,2 milyon dollar olub.

Qeyd edək ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq 10,1 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 11,5 faiz çoxdur.

Son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 29,3 milyard dollar məbləğində avtomobil ixrac edib.