Son on il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox vəsait yatırıb - Nazir

Son on il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox vəsait yatırıb - Nazir

Bakı. TurkicWorld:

Son on il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox vəsait yatırıb.

TurkicWorld-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

"Avropa İttifaqı (Aİ) Azərbaycanın etibarlı ticari-iqtisadi tərəfdaşıdır. Azərbaycanda Aİ-dən olan 700-dən çox şirkət işləyir. Bu il Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin artımı gözlənilir", - deyə nazir bildirib.

O qeyd edib ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2020-ci illə müqayisədə 5,6 faiz artıb.

"Digər göstəricilər də, o cümlədən neft-qaz və qeyri-neft sahələri artıb. 2022-ci ilin əvvəlindən qeyri-neft məhsullarının istehsalının artımı təxminən 40 faiz təşkil edib ki, bu da vergi daxilolmalarının artmasına xidmət edir. Söhbət 250 milyon dollar məbləğindən gedir", - M.Cabbarov deyib.