Yanvar - Aprel ayrlarında Türkiyədən Rusiyaya polad ixracı azalıb (ÖZƏL)

Yanvar - Aprel ayrlarında Türkiyədən Rusiyaya polad ixracı azalıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-aprel aylarında Rusiyaya polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azaldaraq 32,6 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyədən Rusiyaya polad ixracatı 2021-ci ilin eyni ayı ilə müqayisədə 63,7 faiz azalaraq 7 milyon dollara enib.

Qeyd edək ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 42.3 faiz artaraq 7.7 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 2 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 23,9 faiz çoxdur.

Son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 24.6 milyard dollar məbləğində polad ixrac edib.