Yanvar - Aprel ayrlarında Türkiyədən Azərbaycana tütün ixracı artıb (ÖZƏL)

Yanvar - Aprel ayrlarında Türkiyədən Azərbaycana tütün ixracı artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana tütün ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artıraraq 690 min dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyə Azərbaycana tütün ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 0,1 faiz artıraraq 468,4 min dollar olub.

Qeyd edək ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin tütün ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 226 min dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 52,4 min dollar məbləğində tütün ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 0,1 faiz çoxdur.

Son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 799 min dollar məbləğində tütün ixrac edib.