Yanvar - Aprel ayrlarında Türkiyədən Azərbaycana avtomobil ixracı artıb

Yanvar - Aprel ayrlarında Türkiyədən Azərbaycana avtomobil ixracı artıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana avtomobil ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 154,5 faiz artıraraq 70 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyə Azərbaycana avtomobil ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 272,2 faiz artıraraq 28 milyon dollar olub.

Qeyd edək ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq 10,1 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 11,5 faiz çoxdur.

Son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 29,3 milyard dollar məbləğində avtomobil ixrac edib.