Bakı. TurkicWorld:
2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalaraq 972 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə 262 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 13,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 3 milyard dollar məbləğində xalça ixrac edib.