Türkiyə hazır geyim ixracını artırıb (ÖZƏL)

Türkiyə hazır geyim ixracını artırıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 7,5 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 2 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 25,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 21,4 milyard dollar məbləğində hazır geyim ixrac edib.