Türkiyədə zeytun və zeytun yağı ixracı artıb (ÖZƏL)

Türkiyədə zeytun və zeytun yağı ixracı artıb  (ÖZƏL)

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin zeytun və zeytun yağı ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 55.6 faiz artaraq 145,5 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 29,7 milyon dollar məbləğində, zeytun və zeytun yağı ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 19,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 361,5 milyon dollar məbləğində zeytun və zeytun yağı ixrac edib.