Türkiyə dünya bazarlarılna taxıl, toxum və dənli bitki ixracını artırıb (ÖZƏL)

Türkiyə dünya bazarlarılna taxıl, toxum və dənli bitki ixracını artırıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin taxıl, toxum və dənli bitki ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 31.7 faiz artaraq 3.6 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 820 milyon dollar məbləğində taxıl, toxum və dənli bitki ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 9,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 10 milyard dollar məbləğində taxıl, toxum və dənli bitki ixrac edib.