Uruqvay və Ekvador Türkiyədən Bayraktar TB2 pilotsuz uçuş aparatları alacaq

Uruqvay və Ekvador Türkiyədən Bayraktar TB2 pilotsuz uçuş aparatları alacaq

Baku. TurkicWorld:

Latın Amerika ölkələri olan Uruqvay və Ekvador Türkiyənin istehsal etdiyi Bayraktar TB2 pilotsuz uçuş aparatlarını (PUA) əldə etmək istəyir.

TurkicWorld-un məlumatına görə bu barədə Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, bir sıra Latın Amerika ölkələrinin Tükiyənin müdafiə sənayesinə marağı artıb.

Buna baxmayaraq Uruqvay və Ekvadorun nə zaman və neçə ədəd Bayraktar TB2 "PUA" ları alacağı məlum deyil.

Qeyd edək ki, Bayraktar TB2 "PUA"-ları Liviya, Qətər, Efiopiya, Ukrayna və Azərbaycan tərəfindən fəal şəkildə istifadə olunur.