Azərbaycan Yaponiya ilə ikiqat vergitutmanı aradan qaldırmağı müzakirə edib (FOTO)

Azərbaycan Yaponiya ilə ikiqat vergitutmanı aradan qaldırmağı müzakirə edib (FOTO)

Bakı. TurkicWorld:

Azərbaycanın iqtisadiyyat Naziri Mikayıl Cabbarov Yaponiyanın xarici işlər nazirinin müavini Honda Taro ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə nazir özünün tviter hesabında yazıb.

"Görüşdə ölkələrimiz arasında iqtisadi, xüsusilə ticarət əlaqələrinin inkişafı, ikiqat vergitutmanın aradan qaldırılması və sərmayələrin qorunması, yaşıl enerji sahəsində əməkdaşlıq barədə müzakirə apardıq. 2019-cu ilin mart ayında "Nazirlərin dəvət edilməsi" proqramı üzrə Yaponiyaya səfərimi, keçirilən görüşləri xoş təəssüratla xatırladıq", - deyə M.Cabbarov qeyd edib.