Regional əlaqələrin inkişafı Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın prioritetlərindən biridir - Zaxarova

Regional əlaqələrin inkişafı Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın prioritetlərindən biridir - Zaxarova

Bakı. TurkicWorld:

İqtisadi və regional əlaqələrin inkişafı Rusiya ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlığın prioritetlərindən biridir.

TurkicWorld-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Xatırladım ki, 2021-ci ildə ikitərəfli ticarət dövriyyəsi koronavirusaqədərki göstəriciləri üstələyərək rekorda, 3,4 milyard dollara çatıb. Ticari-iqtisadi əməkdaşlığın təməllərindən biri Rusiya regionlarının Azərbaycanla qarşılıqlı fəaliyyətidir. Rusiyanın 70-dən çox subyekti Azərbaycanla fəal əməkdaşlıq edir. Bu istiqamətdə vacib məkanlardan biri müntəzəm keçirilən Rusiya-Azərbaycan forumlarıdır. Bütün bu məsələlər aprelin 25-26-da Bakıda keçirilmiş Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 20-ci iclasında ətraflı müzakirə olunub. Bu vacib tədbir çərçivəsində Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin səfəri də keçirilib. Azərbaycanla Həştərxan arasında qarşılıqlı ticarətin artırılması perspektivləri nəzərdən keçirilib. Ötən il onlar arasında ticarət dövriyyəsi 18 faiz artaraq 17 milyon dollara çatıb”, - M.Zaxarova deyib.