SOCAR neft və qaz hasilatını artırıb

SOCAR neft və qaz hasilatını artırıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar-mart aylarında SOCAR tərəfindən 1 930 062 ton neft hasil edib, bu da illik müqayisədə 0,3% çoxdur.

TurkicWorld xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə şirkət 1 917 971 000 kubmetr əldə edib ki, bu da illik müqayisədə 0,08% çoxdur.

Qeyd olunub ki, neft və qaz hasilatında əvvəlki illə müqayisədə qismən artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 8,3 mln. tondan çox neft və 11,8 mlrd. kubmetr qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 13,5% artıb.