Azərbaycan Türkiyənin sığorta modelini inteqrasiya etməyi planlaşdırır

Azərbaycan Türkiyənin sığorta modelini inteqrasiya etməyi planlaşdırır

Azərbaycan Türkiyənin sığorta modelini inteqrasiya etməyi planlaşdırır.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev "Yaşıl Kart" nəqliyyat vasitələrinin mülki məsuliyyət sığortası sisteminin inteqrasiyası barədə protokolun imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanda sığorta sektoru 15 il ərzində inkişaf edir və bu gün ümumi daxili məhsulun təxminən bir faizini təşkil edir.

"Bu sektor gələcək inkişaf potensialına malikdir. Bundan başqa, bizim Türkiyə ilə birgə bir sıra layihələrimiz var ki, onları inkişaf etdirməyi planlaşdırırıq. Türkiyənin sığorta sektoru 150 illik tarixə malikdir və Azərbaycan üçün bu, tətbiq edə biləcəyi böyük təcrübə deməkdir", - deyə o bildirib.

Baş direktor bildirib ki, ilk dəfə iki ölkənin strukturları arasında "Yaşıl Kart" nəqliyyat vasitələrinin mülki məsuliyyət sığortası sisteminin inteqrasiyası barədə memorandum imzalanır.

"Azərbaycan Mərkəzi Bankı bu sektorun inkişafı ilə bağlı müvafiq proqram hazırlayıb. Bu proqram, xüsusilə, icbari sığorta, əhali və biznesin məlumatlandırılması, infrastruktur və dəstək alətləri istiqamətlərini əhatə edir. Eyni zamanda sığorta sektoru Mərkəzin Bankın yeni inkişaf proqramına da daxildir", - Z.Əliyev deyib.