Bakı, TurkicWorld
2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən İrana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 434,4 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyə İrana 52,7 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq, 25 milyard 618 milyon dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 2 milyard 465 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 8,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 31 milyard 419 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.