...

Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri 5 milyard dollara yaxın svop müqaviləsi imzalayıb

İqtisadiyyat Digər xəbərlər 19 Yanvar 2022 12:45
TurkicWorld Mustafa Askerbeyli
Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri 5 milyard dollara yaxın svop müqaviləsi imzalayıb

Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Mərkəzi bankları arasında üç il müddətinə məzənnə mübadiləsi barədə svop müqaviləsi imzalanıb.

TurkicWorld-un bu barədə Türkiyə Mərkəzi Bankına istinadən məlumat verir.

Qeyd olunur ki, üç il müddətinə svop sövdələşmələrinin məbləği milli valyutalarda 4,7 milyard dollara (64 milyard lirə və ya 18 milyard dirhəm) bərabər olacaq.

Bankın məlumatında deyilir ki, bu razılaşmanın məqsədi milli valyutalarda hesablaşmalarla ikitərəfli ticarətin və qarşılıqlı investisiya proqramlarının inkişafıdır.

Üçillik dövr bitdikdən sonra müqavilənin müddəti uzadıla bilər.

Məqalədə:
Xəbərlər

Xəbər lenti