İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsinə tezliklə başlanacaq

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsinə tezliklə başlanacaq

Bakı. TurkicWorld:

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi istiqamətində proyekt üzərində işlər yekunlaşmaq üzrədir və tezliklə icra mərhələsinə keçəcək.

TurkicWorld-un məlumatına görə, bunu İranın Energetika Nazirliyinin nəzdindən fəaliyyət göstərən Beynəlxalq Mərkəzin direktoru Muctaba Əkbəri deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində belə bir imkan yaranacaq ki, İran ehtiyacı olduğu zaman elektrik idxal edəcək və elektrik istehlakı az olduğu zaman elektriki ixrac edəcək.

İran rəsmisi bildirib ki, İran və Türkiyə arasında elektrik mübadiləsi üzrə müzakirələr başlanıb və gələn 2 ay ərzində tam məlumatlar elan olunacaq.

Əlavə edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın “Monenko” Şirkəti həyata keçirib.