Yanvar-mart aylarında Türkiyənin Qırğızıstana avtomobil sənayesi məhsulları ixracı 11 milyon dolları ötüb (ÖZƏL)

Yanvar-mart aylarında Türkiyənin Qırğızıstana avtomobil sənayesi məhsulları ixracı 11 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Qırğızıstana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə artaraq, 11,4 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Qırğızıstana 8,4 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 2,4 dəfə çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 9,1 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 1,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023- mart 2024) Türkiyə 35,5 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.