Orta Dəhliz vasitəsilə vahid nəqliyyat əlaqəsinin tərkibinə Türkiyə də daxil ola bilər - Nazir müavini

Orta Dəhliz vasitəsilə vahid nəqliyyat əlaqəsinin tərkibinə Türkiyə də daxil ola bilər - Nazir müavini

Bakı. TurkicWorld:

Qazaxıstan, Azərbaycan və Gürcüstan tərəfindən yaradılmış Orta Dəhliz vasitəsilə nəqliyyat əlaqəsinin vahid operatoru olan "Middle Corridor Multimodal" şirkətinin tərkibinə sonradan Türkiyə də daxil ola bilər.

Bu barədə TurkicWorld-ə Qazaxıstanın nəqliyyat nazirinin müavini Satcan Ablaliyev deyib.

""Middle Corridor Multimodal" şirkəti 2023-cü ilin sonunda Astana Beynəlxalq Maliyyə Mərkəzində qeydiyyatdan keçib. Hazırda şirkətin rəsmiləşdirilməsi prosesi gedir. 2024-cü ilin sonunda hər üç ölkənin Orta Dəhlizdə vahid nəqliyyat operatoru olan bu şirkət rəsmi olaraq öz işinə başlayacaq ki, bu da Orta Dəhlizin fəaliyyətinin effektivliyində birmənalı olaraq müsbət əksini tapacaq. Nəticədə bu şirkətə Türkiyəni də daxil etmək istəyirik", - Ablaliyev deyib.

Onun sözlərinə görə, Türkiyənin "Middle Corridor Multimodal" şirkətinin fəaliyyətində iştirakı məntiqlidir, elə ki, "Bakı-Tbilisi-Qars" dəmir yolu marşrutunun ötürücülük qabiliyyətinin genişləndirilməsi başa çatmaq üzrədir (ildə 1 milyon ton yükdən 5 milyon tonadək artım) və bu fakt Orta Dəhliz üçün çox önəmlidir, çünki Türkiyədən/Türkiyəyə yükdaşımaların, həmçinin Avropa və Çindən daşınan yüklərin Türkiyə vasitəsilə tranzitinin artması ilə bağlıdır.

Qeyd edək ki, 2024-cü ildə Orta Dəhliz özünün 10 illiyini qeyd edib.

2023-cü ildə dəhliz vasitəsilə 2,75 milyon ton yük keçib, bu ilə olan planlar 4 milyon tondan çoxdur.

Bir neçə il sonra Orta Dəhliz Xəzər dənizi vasitəsilə ildə 10 milyon ton yük daşımasını təmin edə bilər.