Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir

Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir

Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə rəqəmsal valyutanın konseptual yanaşmasına dair sənədin hazırlanması üzərində çalışır.

TurkicWorld-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov deyib.

“Rəqəmsal valyutanın yaradılması ən aktual məsələlərdən biridir və Mərkəzi Bank da bu istiqamətdə 2021-ci ildən başlayaraq bu prosesə aktiv olaraq cəlb olunub. Beynəlxalq təcrübədə əksər banklar artıq Mərkəzi Bankların buraxacağı rəqəmsal valyutalar üzərində çalışır və əksər Mərkəzi Banklar bu istiqamətdə tədqiqat işləri aparır. Azərbaycanın Mərkəzi Bankı da bu siyahıdadır. Mərkəzi Bank da bu rəqəmsal transformasiyanı diqqətlə izləyir. Bu istiqamətdə rəqəmsal valyutanın yaratdığı imkanlar, risklər, bu prosesləri ciddi və dərindən analiz edir və növbəti ildə Mərkəzi Bank rəqəmsal valyutatın konseptual yanaşması barədə bir sənədin hazırlanması üzərində çalışır. Bu istiqamətdə beynəlxalq beyin mərkəzləri, Türkiyə Mərkəzi Bankı ilə aktiv kommunikasiyadayıq. Komandalarımız bir biri ilə gündəlik əsasda danışır, çalışır və təcrübələrini izləyirik. Ümidvarıq ki, növbəti ildə bu texnologiyanın təhlili üzrə ilkin nəticələr olacaqdır”, - Osmanov deyib.