Azərbaycanda nağdsız ödənişlər 8 faizdən çox artıb - Mərkəzi Bank

Azərbaycanda nağdsız ödənişlər 8 faizdən çox artıb - Mərkəzi Bank

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda nağdsız ödənişlər 8 faizdən çox artıb.

TurkicWorld-un məlumatına görə, bunu Azərrbaycan Mərkəzi Bankının (AMB) İdarə heyəti sədrinin birinci müavini Alim Quliyev bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.

"Rəqəmsal texnologiyaların dinamik inkişafı pandemiya dövründə öz səmərəliliyini göstərdi. Bu müddət ərzində internet bankçılıq 23 faiz, mobil bankçılıq isə 30 faiz artıb. Bundan başqa, 2020-ci il ərzində elektron kommersiya 17 faiz artıb. Rəqəmsallaşmanın yeni mərhələsi maliyyə ehtiyatlarını artırıb. AMB, həmçinin vətəndaşlarımızın nağdsız ödənişlərinin təmin olunması üçün bir sıra proqramlar reallaşdırıb. Rəqəmsallaşma bu gün trend olmaqda davam edir", - deyə o, bildirib.