Fevral ayında Türkiyədə 90 mindən çox mənzil satın alınıb

Fevral ayında Türkiyədə 90 mindən çox mənzil satın alınıb

Bakı. TurkicWorld:

2024-cü ilin fevral ayında Türkiyədə 93 min 902 mənzil satın alınıb ki, bu da 2023-cü ilin fevral ayı ilə müqayisədə 17,3 faiz çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyədə 174 min 210 mənzil satın alınıb.

"Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2024-cü ilin fevral ayında Türkiyədə xarici vətəndaşlara min 846 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 44,9 faiz azdır.

Eyni ilin yanvar-fevral aylarında əcnəbi vətəndaşlar Türkiyədən 3 min 907 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azdır.